Dəmir yumruq » Manşet » Nazir müşaviri agentlik sədri oldu
Manşet / Hadisə / 16-01-2025, 13:00

Nazir müşaviri agentlik sədri oldu

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
 
Demiryumruq. Az xəbər verir ki, bu vəzifəyə Fərid Osmanov təyinat alıb.
 
F.Osmanov bu vəzifədə İnarə Vəliyevanı əvəzləyib.
 
Qeyd edək ki, F.Osmanov 2005-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildən AMB-də baş direktor vəzifəsində fəaliyyətini davam etdirib. 2024-cü ilin avqust ayından rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.