Dəmir yumruq » Manşet » Dalğanın hündürlüyü 2.5 metrə çatıb - Faktiki hava
Manşet / Hadisə / 5-01-2025, 16:52

Dalğanın hündürlüyü 2.5 metrə çatıb - Faktiki hava

 

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 17:30-a olan məlumatına əsasən, bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.
 
Xidmətdən verilən məlumata görə, küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq, Bakıda və Abşeron yarımadasında 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dir.
 
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.5 metrə çatıb.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.