Dəmir yumruq » Manşet » Təbii qazın qiyməti 12,5 qəpikdən hesablanacaq
Manşet / Hadisə / 2-01-2025, 10:26

Təbii qazın qiyməti 12,5 qəpikdən hesablanacaq

 

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib.
 
“Qafqazinfo” xəbər verir ki, Tarif Şurası bu barədə qərar verib.
 
Əhali üzrə illik istehlak həcmi:
 
1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;
 
1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;
 
2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
 
1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.
 
Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir:
 
48% abonent üzrə - 32 qəpik,
 
39% abonent üzrə - 1 manat 43 qəpik,
 
13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.
 
Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb. 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.