Dəmir yumruq » Manşet » 200 ton yardım göndərildi
Manşet / Hadisə / 30-12-2024, 11:22

200 ton yardım göndərildi

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq göstərişinə uyğun olaraq Suriyada humanitar böhrandan əziyyət çəkən insanlara yardım məqsədilə yardım konvoyu yola düşüb.
 
Demiryumruq. Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.
 
XİN rəsmisi bildirib ki, yardım 200 ton qida və ərzaq məhsullarını əhatə edir.
 
Yardımın Suriyanın İdlib şəhərində ehtiyacı olan insanlara paylanması nəzərdə tutulub.
 
Ayxan Hacızadə yardımın qarşıdakı zamanda da davam edəcəyini diqqətə çatdırıb.
 
Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyayada səfərdədir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.