Dəmir yumruq » Manşet » Rusiya vətəndaşları ilə bağlı qərar dəyişdi
Manşet / Hadisə / 30-12-2024, 11:18

Rusiya vətəndaşları ilə bağlı qərar dəyişdi

 

Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib.
 
Demiryumruq.az. Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycana gələn Rusiya vətəndaşlarının və Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
 
Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
Qeyd edək ki, əvvəl bu müddət bir təqvim ili ərzində 180 gün idi.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.