Qaaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tengrinews” məlumat yayıb.
Məlumata görə, təyyarə AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirirmiş.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.
***
AZAL hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
***
AZAL-ın yaydığı məlumata görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qeyd edilib ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
***
Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində ilkin məlumatlara görə, 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub.
***
AZAL J2-8243 nömrəli Bakı-Qroznı reysində olan 62 sərnişinin kimliyini açıqlayıb.