Dəmir yumruq » Manşet » Səhiyyə Nazirliyində əməliyyat keçirilir - Saxanılanlar var
Manşet / Hadisə / 23-12-2024, 16:29

Səhiyyə Nazirliyində əməliyyat keçirilir - Saxanılanlar var

 

Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.
 
Demiryumruq. Az Bakupost.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.
 
Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.
 
Qeyd edilir ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.