Dəmir yumruq » Manşet » Azərbaycana qış gəldi
Manşet / Hadisə / 22-12-2024, 05:25

Azərbaycana qış gəldi

 

Azərbaycana qış fəsli qədəm qoyub.
 
Demiryumruq. Az xəbər verir ki, qış fəsli ölkəmizə dekabrın 21-i saat 13:20-də daxil olub.
 
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur.
 
Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.