Dəmir yumruq » Manşet » Prezident Fərman imzaladı
Manşet / Hadisə / 19-12-2024, 15:56

Prezident Fərman imzaladı

 

"Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” təsdiq edilib.
 
Demiryumruq. Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
 
Fərmana əsasən, iyunun 29-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” təsdiq edilib.
 
Dövlət Gömrük Komitəsinə Qrant Müqaviləsinin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Qrant Müqaviləsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərmək tapşırılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.