Dəmir yumruq » Manşet » Namizədliyi irəli sürülən şəxslərin sayı 3662 nəfərə çatıb
Manşet / Hadisə / 13-12-2024, 15:33

Namizədliyi irəli sürülən şəxslərin sayı 3662 nəfərə çatıb

 

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində 5 partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması təsdiqlənib.
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun katibi Arifə Muxtarova məlumat verib.
 
Belə ki, iclasda Ədalət, Hüquq, Demokratiya, Milli Cəbhə, Milli Dirçəliş Hərəkatı, Ana Vətən və Böyük Azərbaycan partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.
 
Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.
 
MSK sədri Məzahir Pənahov əlavə edib ki, bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülən şəxslərin sayı 3662 nəfərə çatıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.