Dəmir yumruq » Manşet » Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi
Manşet / Hadisə / 12-12-2024, 12:40

Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

   

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
 
Demiryumruq. Az xəbər verir ki, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.
 
Dövlət Himnimiz səsləndirilib.
 
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıblar, məzarı üzərinə gül dəstələri qoyublar.
 
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.