Dəmir yumruq » Manşet » Heydər Əliyevlə bağlı konfrans keçirildi
Manşet / Hadisə / Dün, 17:19

Heydər Əliyevlə bağlı konfrans keçirildi

 

 

 

Fövqəladə Hallar Nazirliyi və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqlarına əsaslanan islahatlar” mövzusunda konfrans təşkil olunub.
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
 
Bildirilib ki, konfransda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və Nazirliyin əməkdaşları, Ombudsman Səbinə Əliyeva və aparatın əməkdaşları, Milli Məclisin deputatları Aydın Hüseynov və Aydın Mirzəzadə, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, əməkdar jurnalist Mübariz Əsgərov və FHN yanında İctimai şuranın üzvləri iştirak ediblər.
 
Əvvəlcə, konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
 
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Sonra Tapdıq Əmiraslanov salamlama nitqi ilə çıxış edərək, Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.
 
O, ümummilli lider tərəfindən ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun möhkəm əsaslarının qoyulduğunu vurğulayıb.
 
Ombudsman Səbinə Əliyeva tədbirdə çıxışı zamanı ulu öndər Heydər Əliyevin fövqəladə hallar orqanlarının yaradılması üçün institusional bazanın formalaşdırılmasında xüsusi xidmətlərinin olduğunu, onun rəhbərliyi ilə fövqəladə halların idarə olunması sahəsində də strateji yanaşmanın formalaşdırıldığını qeyd edib.
 
Müvəkkil ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, hüquqi və digər sahələrdə inkişafına yönəlmiş çoxsaylı islahatların əsasını qoyduğunu bildirib.
 
Ombudsman təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı siyasətin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün prioritet çağırışlarına uyğun olaraq uğurla davam etdirildiyini bildirib.
 
Tədbirin yekununda “Ölüm hökmü - ömürlük cəza” sənədli filmi nümayiş olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.