Dəmir yumruq » Manşet » Zaur Mikayılov Cəlilabadda vətəndaş qəbulu keçirdi - foto
Manşet / Hadisə / 6-12-2024, 17:34

Zaur Mikayılov Cəlilabadda vətəndaş qəbulu keçirdi - foto

 

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov dekabrın 6-da Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl və digər rayonlardan olan vətəndaşları qəbul edib. Onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb. 
 
Bildirilib ki, Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. 
 
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. 
 
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.