Demokratik, rahat, sərbəst şəkildə seçici elçisinin qəbuluna gəlir.
Uzun illərdi mətbuat sahəsində çalışıram. Bir çox məmur, rəhbər, deputat, sədr, nazir qəbulunda olmuşam.
Aylarla, həftələrlə, günlərlə qəbula yazılmaq üçün çox əziyyət çəkmişəm.
7 ci çağırış Milli Məclisə deputat seçkilərində Binəqədi gənclərinin lideri adlı paylaşımı görmüşdüm.Seçki bitdi, qalib namizəd Səbinə Xasayeva Milli Məclisdə xalqının səsinə çevrildi.
Bu gün təsadüfən Xocəsən qəsəbəsinə getmişdim. Milli Məclisin deputatı Səbinə Xasayevanın seçicilərlə görüşü olduğunu eşidib Xocəsən qəsəbə bələdiyyəsinə yaxınlaşdım.
Qeydiyyatçı xanım buyurun deyərək xoş təbəssümlə üzümə baxdı. Deputat Səbinə Xasayevanın qəbuluna yazılmaq istədiyimi bildirdim. Qəbulda olan seçicilər gənc xanım deputatın səmimi, sadə, savadlı, mehriban olduğundan ağız dolusu danışırdılar. Düzü təsadüf nəticəsində bu görüşə qoşulduğumu, nəticənin heç də ürəkaçan olmayacağını düşünürdüm. Səksəkəli şəkildə kiminsə yaxınlaşıb məni qəbuldan çıxaracağını gözləyirdim. Çünki bu kimi qəbulların əvvəlcədən siyahı üzrə planlaşdırıldığını, reklam xarakterli görüşlərin yalnız şəkil naminə olduğunu görmüşdüm.
Nəhayət, sıra mənə çatanda qeydiyyatçı buyurun, keçin deyərək qəbul otağını göstərdi. Rahat şəkildə, maneəsiz qəbula girdim. Mənim üçün maraqlısı o idi ki, başqa yerlərdə qəbul zamanı üstün-başın axtarılır, telefon əlindən alınır, müraciətin sorğu -sual olunur. Bu olmaz ,o olar deyilib razılaşdırılır.
Qəbula girib icazə ilə bugünkü görüşün gedişatını izləməyə icazə istədim. Etiraz etmədən gülərüz gənc deputat xanım Səbinə Xasayeva buyurun, əyləşin deyərək yer göstərdi.
11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva 06 dekabr 2024- cü ildə Binəqədi rayonun Xocəsən bələdiyyəsinin inzibatı binasında vətəndaş qəbulu keçirdi. Əvvəlcə şəhid ailələrini, qaziləri və müharibə veteranlarını növbəsiz qəbul etdi. Onların qızı, yaxın adamı kimi rəftar edərək, səslənən hər kəlməni can, baş üstdə, oldu sözləri ilə əvəz edən deputat xanım şəhid anasını, qazi atasını yola salıb geri qayıtdı. Sonra qəbula gələnləri növbəli şəkildə qəbul etdi.
Səbinə Xasayeva qəbula gələnlərin müxtəlif məsələlərlə əlaqədar müraciət və təkliflərini səbrlə dinləyərək qeydiyyata alırdı. Seçicilərin qəsəbədə kanalizasiya şəbəkəsinin yenidən qurulmasına və yeni yaşayış massivində kanalizasiya xətlərinin əsas xəttə birləşdirilməsinə, Sulutəpə qəsəbəsndə Pənahabad, Xələtli və digər ətraf küçələrə axan çirkab suların qarşısının alınması üçün “Azərsu’ ASC-nin mütəxəssisləri tərəfindən yerdəki vəziyyətin öyrənilib düzgün qərar çıxarılmasına, Yeni yol küçəsi və 103 saylı tam orta məktəbə gedən yolun alt hissəsinə toplanan çirkab sularının qarşısının alınmasına, Xocəsən inzibatı ərazi dairəsinin Çicək yaşayış massivi, Qəhrəmanlar 117 b küçəsində “ANT İnşaat” yaşayış kompleksində abad məhəllənin yaradılmasına, xeyir-şər evinin tikilməsinə və ərazidə çoxlu sayda seçicinin olmasını nəzərə alaraq 11 saylı Binəqədi -Qaradağ seçki dairəsinin hüdudları daxilində seçki məntəqəsinin yaradılmasına, qəsəbənin ayrı-ayrı yaşayış məhəllələrində elektrik enerjisi təminatında yaranan fasilələrin aradan qaldirılmasına,elektrik enerjisi gərginliyinin tez-tez dəyişməsinin qarşısının alınması üçün yeni trasformatorların quraşdırılmasına və siradan çıxan yeraltı kabellərin yenilənməsinə, qanunlara ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinə, işə qəbul olunmalarına, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsinə, şəxsi problemlərinin həll edilməsi üçün maddi yardım olunmasına və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etdilər.
Gənc deputat Səbinə Xasayevanın müraciət edən sakinlərə qarşı diqqətli, qayğıkeş, səmimi rəftarı bir qələm sahibi kimi mənim gələcəyə inamımı bir daha artırdı. Savadlı, mədəni, vətənpərvər olan bir xanımın yüksək kürsüdən seçicilərin səsini çatdıran, xalqımızın, dövlətimizin mənafeyini qoruyan, haqq səsimizi dünyaya çatdıran, qanunlarımızın qəbulunda fəal iştirakı ilə həlledici rol oynayan siyasətçi kimi öz sözünü deyən, gənclərə və xanımlara nümunə olan Səbinə Xasayevanın seçicilər ilə keçirdiyi növbəti görüşündə yuxarıda qeyd etdiyim kimi bu gün təsadüfən iştirak etdim. Bu görüşü izləməyim mənim jurnalist peşəmdə özünəməxsus yer tutmaqla yanaşı seçicisinin etimadını, səsini qazanıb onlara qarşı yüksək məhəbbətlə rəftar edərək, hər bir seçicini xüsusi istəklə qəbul edib, onların dərdinə əlac etməyə çalışan, müraciətləri dərhal əlaqədar təşkilatlara yönəldərək kömək etdiyinin, həlli istiqamətində görüləcək işlərin nəzarətə götürdüyünün şahidi oldum.
Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edərək onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər. Bu kimi keçirilən görüşlərin cənab Prezident İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməkliklə bağlı verdiyi tövsiyələrin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.
Qəbulda Binəqədi rayon icra hakimiyyəti başçisının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramiz Həsənzadə və Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.
Sonda deputat köməkçisi, ehtiyatda olan zabit, Birinci Qarabağ müharibəsinin veteranı, tanınmış yazar, vətənpərvər ziyalı, Əməkdar müəllim Bayram Məmmədova şəffaf və demokratik qəbul təşkil etdiklərinə görə öz minnətdarlığımı bildirirəm.
Deputatın da, onun köməkçisinin də seçicilərə belə ehtiramı deputat-seçici münasibətlərinin daha da yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayır.
Anar Əlişahoğlu,
Demiryumruq. Az