Dəmir yumruq » Manşet » Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin sayı açıqlandı
Manşet / Hadisə / Bugün, 12:24

Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin sayı açıqlandı

 

"1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək, yəni son 37 ildə Azərbaycanda 10 min 108 İİV xəstəsi rəsmi qeydiyyata alınıb”.
 
Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
 
Onun sözlərinə görə, onlardan 7026 nəfəri (69,5%) kişi, 3 min 82 nəfəri isə (30,5%) qadınlardır.
 
F.Məmmədov qeyd edib ki, Azərbaycanda digər region ölkələri ilə müqayisədə İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.