“EntreComp təcrübəsinə istinad edərək gənclərin sahibkarlıq və aqroturizm bacarıqlarının artırılması” adlı layihənin icrasına başlanılıb.
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “EntreComp təcrübəsinə istinad edərək gənclərin sahibkarlıq və aqroturizm bacarıqlarının artırılması” adlı layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi seçilmiş gənclərin EntreComp təcrübəsinə istinad edərək bilik və bacarıqlarını artırmaq və onların məşğulluq imkanlarının yaradılmasına dəstək olmaqdır. Eyni zamanda layihə Sahibkarlıq, Aqroturizm inkişafı təcrübələrini və Aqroturizmin inkişafı fəaliyyət planları vasitəsilə innovativ yanaşmaları təbliğ edəcək.
Layihə çərçivəsində seçilmiş 30 nəfər gəncə peşəkar ekspertlər tərəfindən istiqamətə uyğun təlimlər keçiriləcək, şəxsi səriştələrinin artırılması və gənclərin məşğulluq imkanlarının artırılması üçün onlara uğurlu gənclərin təcrübəsi bölüşüləcək, sahibkarlıq imkanları, prinsipləri və metodları ilə bağlı təlimlər keçiriləcək və maarifləndirici materiallar paylanacaq.
Hal-hazırda layihə üçün iki regiondan gənclərin seçimi aparılır. Layihədə Göyçay və Qəbələ rayonlarında yaşayan gənclər iştirak edə bilərlər. Layihənin sonunda uğurlu nəticə göstərən gənclərin Lənkəran şəhərində yerləşən Citrus Valley-yə təcrübə səfəri təşkili olunacaq və gənclərin iştirakı ilə Aqroturizm festivalı keçiriləcək. Layihədə iştirak üçün həmin rayonların gəncləri qeyd olunan linkdən qeydiyyatdan keçə bilərlər.
https://forms.gle/1WXVxwYrpfCoCa1X6
Qeyd edək ki, sözügedən layihə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.