Xəbər lenti
Dəmir yumruq » Manşet » Seçkilərin vaxtı açıqlandı seckilerin-vaxti-aciqlandi
Manşet / Hadisə / Bugün, 16:27

Seçkilərin vaxtı açıqlandı seckilerin-vaxti-aciqlandi

 

Ölkəmizdə növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək. 
 
Demiryumruq.az xəbər verir, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.
 
Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. 
 
Bu seçkilər hər 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə baş tutub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.