Xəbər lenti
Dəmir yumruq » Manşet » Əli Əsədov sammit iştirakçıları ilə görüşdü
Manşet / Hadisə / 5-11-2024, 14:00

Əli Əsədov sammit iştirakçıları ilə görüşdü

 

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 5-də COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin bir sıra iştirakçıları ilə ayrı-ayrı görüşlər keçirib.
 
Nazirlər Kabinetindən Demiryumruq. Az verilən məlumata görə, Baş nazir Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, Rusiya Federasiyasının və Misir Ərəb Respublikasının dini rəhbərlərindən ibarət nümayəndə heyətləri, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və Vatikan Dinlərarası dialoq Dikasteriyasının Şərq kilsələri üzrə prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb.
 
Görüşlərdə yaşıl gündəliyin təşviqində dinlərarası dialoqun, milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin rolunun inkişaf etdirilməsinin, iqlim dəyişikliyi ilə mübarizədə dinlərin və inancların potensialından daha səmərəli istifadə edilməsinin vacibliyi qeyd olunub.
 
Bundan başqa dini liderlər arasında əməkdaşlığın həyata keçirilməsinin önəmi qeyd edilib, dünyanın daha yaşıl gələcəyə doğru inamla irəliləməsi üçün din xadimlərinin öz dəstəyini əsirgəməyəcəyinə ümidvarlıq ifadə olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.