Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edilib.
Demiryumruq. Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Qeyd edək ki, C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.
Türkiyədə ali təhsil alan C.Musayev iqtisad üzrə fəlsəfə doktorudur.
O, 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2016-cı ilin aprelindən yeni təyinatadək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsini tutub.