Xəbər lenti
Dəmir yumruq » Manşet » Naxçıvan şəhərinə icra başçısı təyin edildi
Manşet / Hadisə / 4-11-2024, 14:42

Naxçıvan şəhərinə icra başçısı təyin edildi

 

Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edilib.
 
Demiryumruq. Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Qeyd edək ki, C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.

Türkiyədə ali təhsil alan C.Musayev iqtisad üzrə fəlsəfə doktorudur.

O, 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.

2016-cı ilin aprelindən yeni təyinatadək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsini tutub.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.