Dəmir yumruq » Manşet » Azərbaycanda seçki nə vaxt olacaq? - Rəsmi
Manşet / Hadisə / 4-11-2024, 13:28

Azərbaycanda seçki nə vaxt olacaq? - Rəsmi

 

Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix noyabrın sonunadək elan olunacaq.
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə Report-a Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.
 
MSK sədrinin müavini qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.
 
"Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Kollegial orqan kimi Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada bu il noyabrın sonunadək elan olunması qənaətinə gəlinib", - R.Qasımov bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.