Xəbər lenti
Dəmir yumruq » Manşet » COP29 zamanı postlar qurulacaq - Maşınlar şəhərə fasilələrlə buraxılacaq
Manşet / Hadisə / 1-11-2024, 17:37

COP29 zamanı postlar qurulacaq - Maşınlar şəhərə fasilələrlə buraxılacaq

 

COP29 tədbiri zamanı Bakıda nəqliyyatın hərəkətinin optimal təşkili üçün bir sıra küçə və prospektlərdə istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub.
 
Demiryumruq. Az xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.
 
Qurum rəhbəri bildirib ki, Şıxov istiqamətində, yəni, Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunacaq nəzarət postundan Bakı kənar-dairə yol istiqamətinə yönəldiləcək. Oradan Badamdar istiqamətinə gedənlər həmin istiqamətə, Yasamal, Şamaxinka kimi tanınan əraziyə daxil olmaq istəyənlər isə həmin əraziyə gedən istiqamətdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaq. Yəni, nəqliyyatın əsas hissəsi Biləcəri, avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.
 
Şamaxı-İsmayıllı istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Müşfiqabad-Xocahəsən yolunda təşkil olunacaq postlarda nisbətən azaldılmaqla Şamaxinkadan geriyədönmə və Ziya Bünyadov prospektinə fasilələrlə buraxılacaq.
 
Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyat Sumqayıtın girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq və avtomobillər fasilələrlə buraxılacaq.
 
Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.
 
Bütün bu qeyd olunanlar şəhərə daxil olmaq üçün nəzərdə tutulub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.