Xəbər lenti
Dəmir yumruq » Manşet » Nazirlər Kabinetində son günlər intensiv yağıntının törətdiyi fəsadların aradan qaldırılması və gələcəkdə qarşısının alınması ilə bağlı iclas keçirilib
Manşet / Hadisə / 23-10-2024, 18:11

Nazirlər Kabinetində son günlər intensiv yağıntının törətdiyi fəsadların aradan qaldırılması və gələcəkdə qarşısının alınması ilə bağlı iclas keçirilib

 

  

Oktyabrın 23-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər Bakıda və Abşeron yarımadasında normadan artıq yağıntı ilə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntının törətdiyi fəsadların araşdırılması və nəticələrinin aradan qaldırılması, gələcəkdə belə halların baş verməsinin qarşısının alınması ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilib. İclasda aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Baş nazir Əli Əsədov yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğuladı, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini bildirdi.

Hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırıldı.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.