Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda sürücü intizamının daha da yüksəldilməsinin vacib olduğunu bildirib.
Bu barədə V.Eyvazov nazirliyin kollegiya iclasındakı çıxışında söz açıb.
Avtomobilləşmənin sürətlə artdığı bir dövrdə paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlər çərçivəsində yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyat axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, sürücü intizamının daha da yüksəldilməsinin, ümumən müvafiq sahədə tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayan nazir bu məsələlərlə bağlı aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verib.