Xəbər lenti
Dəmir yumruq » Manşet » 1325-ci ilin xəritəsində Azərbaycan adı- VIDEO
Manşet / Hadisə / 14-10-2024, 11:01

1325-ci ilin xəritəsində Azərbaycan adı- VIDEO

 

Tarixçi alim Zaur Əliyev 14-cü əsrə aid xəritədə Azərbaycan adının əks edildiyini təsdiqləyən xəritə yayımlayıb.

Bu barədə o, sosial şəbəkə hesabında qeyd edib.

Alim bildirib ki, təqdim edilən xəritəni Məhəmməd əl-İdrisi Sisiliya kralı II Rocer üçün hazırlayıb:

“Bu xəritə 1619-cu ildə latın dilinə çevrilib, 1928-ci ildə Konrad Miller xəritəni ingilis dilinə tərcümə edib və bu günə qədər Konqresin kitabxanasında saxlanılır. Xəritənin orijinalı isə 1325-ci ildən etibarən Fransada qorunur. Hazırda Fransa Milli Kitabxanasındadır.

Xəritədə Cənubi və Şimali Azərbaycan torpaqları açıq göstərilir. Bu xəritə “Azərbaycan adını Stalin yaradıb” deyənlərə növbəti cavabdır”.




DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.