11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin inzibatı binasında bir qrup vətəndaşı qəbul edərək onların müraciət və təkliflərini dinləyib.
Demiryumruq. Az xəbər verir ki, qəbula gələn vətəndaşların müraciətləri qeydə alınıb, onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən nəzarətə götürülüb.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər, hər belə qəbul və görüşlərin cənab Prezident İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyələrin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.
Qəbulda Binəqədi rayon icra hakimiyyəti başçisinin Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Cəfərov və Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov iştirak ediblər.
Belə qəbulların mahiyyəti deputat-seçici münasibətlərinin daha da yaxşılaşdırılmasını təmin edir.