Dəmir yumruq » Manşet » Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edib
Manşet / Hadisə / 10-10-2024, 14:35

Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edib

 

 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncə Şəhər Baş Polis İdarəsində vətəndaş qəbulu və sıra baxışı keçirib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, iki gün ərzində nazir 323 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib. Məlumata görə, keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 248 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 41-i Vətən müharibəsi iştirakçısıdır.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.