Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi
Manşet / Hadisə / 10-10-2024, 14:25

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

 

Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 dövlətlərarası arbitaj iddiası təqdim edib.

Bu barədə beynəlxalq arbitaj üzrə erməni ekspert Sərkis Qriqoryan deyib.

Onun sözlərinə görə, Azərbaycanın təqdim etdiyi işlər çərçivəsində artıq arbitaj məhkəmələri təyin edilib.

“Artıq iki iş üzrə ilk məhkəmə iclası keçirilib. Hazırda sübutlar, şahid ifadələri, ekspert rəyləri və s. daxil olmaqla hər iki iş üzrə proses davam etdirilir”, - o deyib və əlavə edib ki, iddiaların məxfiliyi hələ açılmayıb.

Ermənistan və Azərbaycan tərəfi məsələ ilə bağlı açıqlama verməyib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.