Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı - Fərman
Manşet / Hadisə / 9-10-2024, 14:12

Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı - Fərman

 

İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb.

İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2024-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87 milyon 700 min manat hesabına təmin ediləcək.

Maliyyə Nazirliyinə bu Fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Fond bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.