Xəbər lenti
Dəmir yumruq » Manşet » Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq
Manşet / Hadisə / 3-10-2024, 18:20

Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi.

Qeyd edək ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Kompleksdəki hotel binasının təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Hotel binasında 111 nömrə, konfrans, iclas və ziyafət zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. İstirahət kompleksinin ərazisində, həmçinin 10 kottec də qonaqların istifadəsinə veriləcək.

Hoteldə 70 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

Kompleksin ərazisində üzüm və digər meyvə bağları salınacaq.

Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi hotel kompleksi müasir standartlar səviyyəsində inşa olunur. Rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.