Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans başa çatıb.
Beynəlxalq konfransda 4 mövzu ətrafında panel sessiyalar keçirilib.
1-ci sessiyada etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi, 2-ci sessiyada ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması, 3-cü sessiyada itkin düşmüş şəxslərin ailələrinin təcrübələri: onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi və cavablandırılması, əməkdaşlıq və tərəfdaşlıq sahələri, 4-cü sessiyada isə itkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər barədə müzakirələr olub.
Panel müzakirələri başa çatandan sonra konfransın sonunda yekun bəyanat qəbul edilib.