Dəmir yumruq » Manşet » Sabahdan hava pisləşir - Xəbərdarlıq
Manşet / Hadisə / 23-09-2024, 16:11

Sabahdan hava pisləşir - Xəbərdarlıq

 

Sentyabrın 24-ü gündüzdən 27-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.