Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub
Manşet / Hadisə / 19-09-2024, 17:40

Prezident Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub.

Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına hoteldə yaradılacaq şərait barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 5 min kvadratmetrə yaxın olan hotel beş mərtəbə və zirzəmi qatından ibarətdir. Hoteldə müxtəlif tipli 44 otaq olacaq. Burada ən müasir iaşə məkanları - “lobby lounge”, kafe, açıq və qapalı restoranlar da fəaliyyət göstərəcək.

“Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Bulud” hoteldə 50 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

Xankəndinin mərkəzində yerləşən “Bulud” hotelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.