Qeyri-Hökümət Təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi verdiyi "Bələdiyyə büdcələrinin formalaşdırlması problemləri” layihəsi mövzusunda bu dəfəki görüş Binəqədi rayonunda fəaliyyət göstərən Xocaəsən qəsəbə bələdiyyəsində keçirildi.
Ədalət, Hüquq, Demokratiya, (ƏHD) Partiyasının sədr müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı tədbiri giriş sözü ilə açaraq Binəqədi rayonda keçirilən növbəti tədbir çox yüksək səviyyədə təşkil olunmasına görə Bələdiyyə sədrinə təşəkkürünü bildirdi.
Xocaəsən bələdiyyəsinin inzibati binasında təşkil olunan görüşdə bələdiyyə heyəti və sakinlərin bir qrupu, Binəqədi rayon Xocaəsən bələdiyyəsinin xanım sədri hörmətli Nigar Məmmədova və qəsəbənin icra nümayəndəsi hörmətli Ramiz Həsənzadə, KİV nümayəndələri iştrak edirdi.
19 000 ha. ərazisi və 30 mindən artıq əhalisi olan bir qəsəbənin, məhz bələdiyyə sədrinin gənc xanım olması müasir idarəçilikdən xəbər verir.
Rayonda bütün sahələrdə müsbət dəyişikliklər, inkişaf göz önündədir.
Özünü idarəetmə, xalq tərəfindən seçilərək sakinlərə xidmət etmək nümunəvi işin təşkili seçicilərin razılığı ilə qarşılanır.
Bildirək ki, layihəyə uyğun olaraq rayon ərazində fəaliyyət göstərən beş bələdiyyənin artıq ikisində görüş keçirilib. Bu günki görüşdə də layihənin fəlsəfəsinə uyğun olaraq bələdiyyənin büdcəsinin formalaşmasında olan problemlər, vətəndaşların vergi yığımında iştirakı, vergi işçilərinin bu sahədəki fəaliyyəti, qəsəbənin ümüimi vəziyyəti və problemləri geniş müzakirə olundu. Bələdiyyənin sədri Nigar xanım bələdiyyə büdcəsinin formalaşmasının çox vacib olduğunu və qəsəbədə ylğılan vergi hesabına görülən işlərdən danışdı. Görüşdə qəsəbədə yaşayan ağsaqqal, şəhid qardaşı Ağayar Məmmədov, qəsəbənin aktiv fəal Cəmalə Mehtiyeva,hüquqşünas jurnalist Anar Nağıyev və digər şəxslər qəsəbənin xanım bələdiyyə sədrinin fəaliyyətini və o cümlədən də icra nümayəndəsi müavini Ramiz müəllimin birgə fəaliyyətini yüksək qiymətləndirdilər. Qəsəbənin mövcud problemlərindən də danışdılar. Həmçinin də çıxış edənlərin böyük əksəriyyəti qəsəbədə olan çıxarışsız evlərin hələ də qanuni sənədinin ala bilməməsini qeyd etsilər.Qəsəbə daxili nəqliyyat, Çiçək qəsəbəsində Xeyir-şər evinin, uşaq meydançası tikilməsi, Bakı Şamaxı yolunda keçidin və işıqlanmanın düzəldilməsi məsələlərini qaldırdılar. Xocəsən qəsəbəsi Qəhrəmanlar 117 ünvanında yaşayış binaları ərazisində Bələdiyyənin nümunəvi mərhələsi adlı lahiyənin tezlikən həyata keçirilməsi sakinlər tərəfindən təklif olundu. Bələdiyyə sədri çıxışında bu gün bələdiyyələr üçün çıxıarışsız evlərin mövcudluğu vergi yığımına da təsir etməsini, qanuna görə çıxarışı olmayan evlərdən bələdiyyələr vergi yığmsında yaranan çətinliklərdən söhbət açdı.Xalqa xidmət etməyin əsas vəzifələri olduğunu, dövlət və dövlətçiliyə sadiq olaraq, sakinlərlə işləməyin məsuliyyətli və şərəfli olmasını vurğulayan N. Məmmədova qarşıda çoxlu işlərin olduğunu bildirdi.
Hal-hazırda da Bakı və Abşeron ərazisində 500 mindən artıq qanunsuz evlər mövcuddur.”
QHT sədri N.Orduxanlı görüşdə Azərbaycanda 1999-cu ildən yaradılmış bələdiyyə institutundan da danışaraq "Azərbaycanda yerli özüniidarə etmənin 34 illik tarixi olmasını tədbir iştirakçılarının diqqətinə çatırdı. Xocaəsən qəsəbə bələdiyyəsi də ilk yaranan bələdiyyələrdən olduğunu vurğulayan N. Orduxanlı dövlətimizin inkişaf üçün mütləqdir ki, bələdiyyə institunun səlahiyyət və imkanları genişləndirilməsini,təşkilatın əsas fəaliyyəti də bu istiqamətdə olmasını qeyd etdi. Bələdiyyələrin büdcələrinin formaşadırılması yığılan vergilərlə formalaşdırılır. Vətəndaşları bələdiyyə yığımına cəlb etməliyik. Maarifləndirmə işlərini daha da artırmalıyıq.
Binəqədi rayonu Bakı şəhərinin ən nümunəvi rayonlarından biri kimi xarakterizə edən QHT sədri görüşdə iştirak edənlərə minnətdarlığını bildirdi.
Layihəyə uyğun olaraq Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələrlə keçirilən görüş səmimi, mehribanlıq şəraitində başa çatdı.