Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident fərman imzaladı
Manşet / Hadisə / 7-09-2024, 22:30

Prezident fərman imzaladı

 

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Prezidentin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də edilmiş dəyişikliklərə əsasən, Müdafiə Nazirliyi hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə Nazirlik aşağıdakı istifadə imkanlarına malikdir:

- maliyyə dəstəyi göstərilməsi üçün tələb olunan məlumatları almaq;

- maliyyə dəstəyi göstərilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək;

- maliyyə dəstəyi göstərilməsi dayandırıldıqda, yaxud yenidən bərpa edildikdə İpoteka və Kredit Zəmanət Fonduna, eləcə də müvəkkil banka məlumat vermək;

- elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.

Maliyyə Nazirliyi Müdafiə Nazirliyinin təklifləri əsasında təsdiq edilən Qaydada nəzərdə tutulmuş maliyyə dəstəyi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Müdafiə Nazirliyinə ayrılmasını təmin etməli, Qaydada nəzərdə tutulmuş hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi məqsədilə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün müvafiq illərdə dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı tədbirlər görməlidir. Fond isə fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.