Xəbər lenti
Dəmir yumruq » Manşet » Narkokuryerdən İran vətəndaşından alınmış 2 kq-dan artıq heroin götürüldü
Manşet / Hadisə / 7-09-2024, 09:40

Narkokuryerdən İran vətəndaşından alınmış 2 kq-dan artıq heroin götürüldü

 

Ağcabədidə polis əməkdaşları narkokuryerlik edən şəxsdən 2 kiloqramdan artıq heroin aşkarlayıb

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan rayon sakini Murad Məmmədov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvanın yaxınlığında gizlətdiyi güclü təsiredici xassəyə malik 2 kiloqramdan artıq heroin aşkarlanıb. O, heroini sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.