Xəbər lenti
Dəmir yumruq » Manşet » 11 saylı Binəqədi - Qaradağ seçki dairəsi üzrə lider namizəd Səbinə Xasayevadır
Manşet / Hadisə / 30-08-2024, 07:51

11 saylı Binəqədi - Qaradağ seçki dairəsi üzrə lider namizəd Səbinə Xasayevadır

 

1 sentyabr 2024 cü il Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər günüdür. 
Seçki Məcəlləsinə əsasən, təşviqatın aparılmasını qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri həyata keçirə bilərlər.
 
Qanunvericiliyə görə, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
 
Parlament seçkiləri ilə əlaqədar Təqvim Planında bu müddət 2024-cü il avqustun 9-dan, avqustun 31-i saat 08:00-a qədər nəzərdə tutulub.
 
Beləliklə, avqustun 31-i saat 08:00-da seçkiqabağı təşviqat kampaniyası dayandırılacaq.
 
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
 
Bu gün respondentlərimizə ünvanladığımız “11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin 68,7 faizi VI çağırış Milli Məclisin deputatı Səbinə Xasayevanı yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər həm də xüsusi olaraq qeyd etmişlər ki, Səbinə Xasayeva VI çağırış Milli Məclisin deputatı kimi gördüyü işlər rayon sakinləri tərəfindən çox yüksək dəyərləndirilir.Sosial şəbəkələrdə Binəqədi və Qaradağ gənclərinin aktivliyi danılmazdır. Binəqədi gəncləri, Binəqədinin inkişafı naminə, Binəqədilər, Seçin ki, seçiləsiniz, Deputat xalqın elçisidir qrup və səyfələri namizədin seçkiqabağı seçicilərlə görüşlərini müntəzəm olaraq paylaşır.
YAP.ORG.AZ saytı YAP namizədlərinin görüş və tədbirlərin yaymaqla ölkə ərazisində, namizədlər arasında Yeni Azərbaycan Partiyasının namizədlərinin yüksək hazırlığından, təbliğatın, maariflənmənin geniş şəkildə keçirildiyindən xəbər verir. Bu gün ən ucqar kənd, rayon, şəhərdə də məhəllə, küçələrdə seçicilərlə görüşlər hər gün, saat, saniyə paylaşılır. 
 
Demiryumruq. Az saytının redaksiyası namizədlərə seçici münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.
 
Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinədə formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.
 
Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 64,7%-ni kişilər, 35,3%-ni isə qadınlar təşkil edib. Respondentlərin 16,6%-i 18-29 yaş, 34,4%-i 30-39, 20,8%-i 40-49, 17,8%-i 50-59 yaş, 10,4%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 30,5%-i ali təhsilli, 32,3%-i orta təhsilli, 27,7%-i orta ixtisas təhsilli, 6,2%-i natamam ali təhsilli, 2,3%-i isə tam orta təhsili olmayanlardır.
 
“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 56,3%-i Səbinə Xasayevanın, 26.7%-i digər namizədlərin adını çəkmiş, 13,4 faiz seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 3,6%-i isə “heç kimə” cavabını vermişdir. Xocəsən qəsəbəsi Çiçək yaşayış massivi ərazisində seçiçilərlə görüş keçirən yeganə namizəd Səbinə Xasayevadan başqa heç bir namizədin sakinlərlə görüş keçirməməsindən şikayətlənirlər. Ərazidə yaşayan sakinlər o cümlədən gənclər 1 sentyabr 2024 cü ildə "Gənclərin lideri" Səbinə xanım Xasayevaya yetkinliklə səs verəcəklərini, hamılıqla seçkidə iştirak edəcəklərini bildirdilər. 
 
Göründüyü kimi sorğunun nəticələri 11 saylı Binəqədi-Qaradağ seçki dairəsində deputatlığa namizəd Səbinə Xasayevanın ictimai rəydə açıq-aşkar üstünlük təşkil etdiyini göstərir. Əlbəttə ki, əməkdaşlarımızın keçirdikləri rəy sorğusunun nəticələri barədə hesabat xarakterli materialı əslində burada da tamamlamalı idik. Lakin qərara gəldik ki, illər boyu formalaşmış sxemə bu dəfə bir yenilik gətirək. Bu məqsədlə sorğuda iştirak edən bəzi respondentlərimizin maraq doğuran cavablarını olduğu kimi sizlərə təqdim edirik:
 
Jurnalist-hüquqşünas Anar Nağıyev: Binəqədi rayon sakini kimi mən və ailə, yaxın, ətrafım, qonşularım öz vəkilimizi, elçimizi, deputatımız seçmişik. Sabahımız naminə, gələcəyimiz uğrunda gəncliyə səs verəcəyik. YAP namizədi Səbinə xanım Xasayevanı dəstəkləyirik. Qalib xalq olaraq 7 fevral 2024 cü ildə Qalib liderimizin seçdik. Azərbaycan xalqı olaraq Zəfər tarixini yazdıq, 30 ilə yaxın düşmən tapdağında olan əbədi və əzəli torpaqlarımızda Dəmir yumruq əməliyyatı nəticəsində Ali Baş Komandanımız, Müzəffər sərkərdəmiz İlham Əliyev rəhbərliyi ilə, Azərbaycan zabitinin, əsgərinin, Gənc könüllülərin şücaəti, igidliyi, qəhrəmanlığı, hərbi vətənpərvərlik ruhunda yetişən gənclərimizin Prezidentin cağrışına səs verməs nəticəsində üç rəngli bayrağımız vətən torpağında dalğalandı. 
İnşallah 1 sentyabr 2024 cü ildə Yeni dövrə Yeni Azərbaycanla davam edəcəyik. 
 
Dursun Babayev: Ay qızım, mənim yaralı yerim şəhid ailələridi, qazilərimizdi. Düzdü, dövlətimiz sağ olsun, onları diqqətsiz qoymur. Amma bu insanlara hamı qayğı göstərməlidir. Xüsusən də deputatlar. Gəlməlidirlər, getməlidirlər, gözləməməlidirlər ki, onlara müraciət etsinlər. Özləri maraqlanmalıdırlar. Bax bizim deputatı,Səbinə Xasayevanı deyirəm də, ona görə gözüyumulu səs verəcəyəm. Çünki bu xanım qadınlığı ilə şəhid ailələrini hər zaman ziyarət edir, qazilərlə maraqlanır, hər cür köməklik göstərir. Bu çox vacib şərtdir. Digərləri də gərək bunu həmişə nəzərdə saxlasınlar...
 
Faiq Qocayev: Azərbaycan dövləti bizə seçmək hüququ verib, hər bir vətəndaş öz seçimini etməli, istədiyi namizədə səs verməlidir. Yaşadığım ərazidə sakinlərlə birgə hamımız Səbinə Xasayevaya səs verəcəyik. İnanıram ki, Azərbaycanın inkişafı naminə  bu seçkilərdə iştirak edəcəyik. Qərbi Azərbaycana qayıdış tarixə qızıl hərflərlə yazılacaq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməli, sərkərdəmizi dəstəkləməliyik.
Beləliklə bu gün 30 avqust 2024 cü il tarixində apardığımız araşdırmanın nəticəsini, reallığı, gündəmi Sizlərə çatdırdıq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.