Elm və təhsil naziri Emin Əmrullayev tələbələri təbrik edib.
Bu barədə nazir sosial şəbəkə hesabında yazıb.
“2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb. Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı, demək olar ki, tam dolub və hər iki universitetdə təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir. Uğur qazanan hər bir gəncimizi ürəkdən təbrik edirəm”, - paylaşımda qeyd olunub.