Dəmir yumruq » Manşet » Elm və təhsil naziri Emin Əmrullayev tələbələri təbrik etdi
Manşet / Hadisə / 23-08-2024, 06:45

Elm və təhsil naziri Emin Əmrullayev tələbələri təbrik etdi

 

Elm və təhsil naziri Emin Əmrullayev tələbələri təbrik edib.
 
Bu barədə nazir sosial şəbəkə hesabında yazıb.
 
“2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb. Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı, demək olar ki, tam dolub və hər iki universitetdə təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir. Uğur qazanan hər bir gəncimizi ürəkdən təbrik edirəm”, - paylaşımda qeyd olunub.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.