Xəbər lenti
Dəmir yumruq » Manşet » Məleykə Abbaszadə test imtahanları ilə bağlı iddialara son qoydu
Manşet / Hadisə / 21-08-2024, 19:27

Məleykə Abbaszadə test imtahanları ilə bağlı iddialara son qoydu

 

Hamı bilir ki, test üsulu ilə imtahanlarda hər kəsin biliyi düzgün qiymətləndirilir. Və bu biliyə uyğun olaraq da imtahan verən şəxs yer tutur”.
 
Demiryumruq. Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Real TV-yə müsahibəsində deyib.
Test üsulu ilə imtahanların ləğv ediləcəyi ilə bağlı iddialara münasibət bildirən DİM rəhbi qeyd edib ki, bundan söhbət belə gedə bilməz:
 
“Bu üsulda biliyin qiymətləndirilməsi şəffaf aparılır. Bu sistemdə kiməsə çətin, kiməsə asan suallar vermək yoxdur”. 
 
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə test üsulu ilə bağlı imtahanların ləğv ediləcəyinə dair xəbərlər yayılmışdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.