Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyənin İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edib.
Demiryumruq.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.