Xəbər lenti
Dəmir yumruq » Manşet » TƏBİB-in “Sağlam həyat - sağlam həyət” layihəsi davam edir - Fotolar
Manşet / Hadisə / 15-08-2024, 17:05

TƏBİB-in “Sağlam həyat - sağlam həyət” layihəsi davam edir - Fotolar

 

Vətəndaşların diqqətinin insan sağlamlığına yönəldilməsi, əhalidə bir sıra xəstəliklərin erkən aşkarlanması, zamanında ixtisaslı həkimlərə yönləndirilməsi və maarifləndirmə məqsədilə TƏBİB tərəfindən “Sağlam həyat - sağlam həyət” layihəsi davam edir.
 
Demiryumruq. Az xəbər verir ki, layihə çərçivəsində növbəti aksiya Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində baş tutub.  
 
Tibbi aksiyada vətəndaşlara terapevtik, kardioloji, oftalmoloji, pediatrik, nevroloji, endokrinoloji, immunoloji, otorinolarinqoloji, radioloji, USM, laborator və s. tibbi xidmətlər göstərilib.
Ətraflı
 
Layihənin daha əhatəli və keyfiyyətli icrası məqsədilə əraziyə iki “Mobil klinika” avtomobili, habelə baş verə biləcək təcili və təxirəsalınmaz halların qarşısının vaxtında alınması məqsədilə təcili tibbi yardım briqadası cəlb olunub. 
 
Budəfəki aksiya zamanı 109 vətəndaşa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində 280 adda tibbi xidmət göstərilib. Müayinələr nəticəsində 15 nəfərdə qaraciyərin distrofik dəyişikliyi, 37 nəfərdə arterial hipertoniya, 12 nəfərdə nevroloji xəstəliklər, 8 nəfərdə miopiya, 7 nəfərdə böyrək xəstəlikləri, 6 nəfərdə qalxanvari vəzin xəstəlikləri, 7 nəfərdə şəkərli diabet, 2 nəfərdə katarakta, 1 nəfərdə stenokardiya və  digər ürək xəstəliklərinin əlamətləri aşkarlanıb.  
 
Müayinələr zamanı 12 nəfərdə isə müxtəlif xəstəliklərin daha ağırlaşmış formaları müəyyən edilib. Sağlamlığı üçün ciddi təhdid olan xəstəliklərdən bu günədək xəbəri olmayan vətəndaşlar dərhal TƏBİB-in tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
 
Qeyd edək ki, “Sağlam həyat - sağlam həyət” layihəsi insanların sıx məskunlaşdığı yaşayış komplekslərində, eləcə də məhəllələrdə həyata keçirilir.  Layihə çərçivəsində uşaqdan tutmuş böyüyə kimi hər kəsin ilkin müayinələrə cəlb olunması, hər hansı xəstəlik müşahidə edilərsə, həmin şəxslərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən ilkin səhiyyə müəssisələrinə və ya ixtisaslaşmış tibb mərkəzlərinə yönləndirilməsi nəzərdə tutulur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.