Xəbər lenti
Dəmir yumruq » Manşet » Daha 7 itkin-şəhidin dəfn mərasimi keçiriləcək
Manşet / Hadisə / 14-08-2024, 15:52

Daha 7 itkin-şəhidin dəfn mərasimi keçiriləcək

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha 7 şəxsin meyit qalıqları dəfn ediləcək.
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
 
Qeyd edilib ki, hərbçilər Camalov Elman Hüseyn oğlunun, Əbilov Əbülfəz Əbülfət oğlunun, Hüseynov Cavanşir Ərşad oğlunun və Şirinov Tahir Şirin oğlunun meyit qalıqları Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında, hərbçi İbrahimov Camaləddin İbad oğlunun cənazəsi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan kəndində, hərbçi Yarıyev Qənbər Teymur oğlunun meyit qalıqları Salyan rayonunun Şəhidlər xiyabanında, Zeynalova Təranə (Əsmayə) Davud qızının meyit qalıqları isə Bərdə şəhəri, Şəhidlər xiyabanında dəfn olunacaq.
Allah şəhidlərimizə rəhmət etsin.. 
 
Dəfn mərasimləri sabah baş tutacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.