Xəbər lenti
Dəmir yumruq » Manşet » FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirildi
Manşet / Hadisə / 12-08-2024, 13:26

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirildi

 

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, ümummilli liderin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımızı cəmi 44 günə işğaldan azad edib, 24 saatdan az davam edən lokal xarakterli antirerror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olunub.

Çıxış edən gənc əsgər Hüseyn İmanov hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərini, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmişlərin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcəklərini, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərini vurğulayıb.

Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.

Mərasim şəxsi heyətin təntənəli marşla tribuna önündən keçməsi ilə başa çatıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.