Xəbər lenti
Dəmir yumruq » Manşet » FHN hava ilə bağlı müraciət etdi
Manşet / Hadisə / 7-08-2024, 10:19

FHN hava ilə bağlı müraciət etdi

 

Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.
 
Bu barədə nazirlikdən Demiryumruq. Az məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.
 
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.