Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 101 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb.
Demiryumruq. Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 18 467 yerli müşahidəçi qeydiyyatdan keçib.
Beynəlxalq müşahidəçilər 9 qurum və 27 ölkəni təmsil edirlər.