Xəbər lenti
Dəmir yumruq » Manşet » 31 nəfərin deputatlığa namizədliyi qeydə alındı
Manşet / Hadisə / 24-07-2024, 15:43

31 nəfərin deputatlığa namizədliyi qeydə alındı

 

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
 
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 125 dairə üzrə 1200-ə yaxın namizəd olmaq üçün müraciət edib: "Onların çoxu artıq təsdiq olunub, ümumilikdə 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".
 
MSK sədri həmçinin 950-ə yaxın müşahidəçinin qeydə alındığını da söyləyib: "26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600 nəfərə yaxın səlahiyyətli nümayəndəsi qeydə alınıb".
 
Xatırladaq ki, bundan əvvəl 16 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.