"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 806 nəfər Mərkəzi Seçki Komissiyasına müraciət edib”.
Demiryumruq.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın iyulun 19-da keçirilən iclasında deyib.
MSK sədri qeyd edib ki, onlardan 451 nəfəri imza vərəqələrini alıb, 31 nəfər imza vərəqələrini geri qaytarıb.
“4 nəfər namizəd isə artıq qeydə alınıb”, - deyə M. Pənahov vurğulayıb.