Bu gün Almaniyada təşkil olunan Avropa çempionatının qalibi müəyyənləşəcək.
 
Demiryumruq. Az xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.
 
Matçı fransalı hakim Fransua Leteksye idarə edəcək. Görüş saat 23:00-da start götürəcək.
 
AÇ-2024
 
Final
 
14 iyul
 
23:00. İspaniya - İngiltərə
 
Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Niderlanda 2:1 hesabı ilə qalib gəlib. İspaniya yığması isə Fransanı məğlubiyyətə uğradıb - 2:1.