Dəmir yumruq » Manşet » Qarabağ Universitetində müəllim işləmək istəyənlərə...
Manşet / Hadisə / 13-07-2024, 12:18

Qarabağ Universitetində müəllim işləmək istəyənlərə...

 

Qarabağ Universitetində Azərbaycan dilində kommunikativ bacarıqlar, Azərbaycan tarixi, biznes kommunikasiyası, iqtisadiyyata giriş, mikroiqtisadiyyatın əsasları, riyaziyyat, fizika, data analitikasına giriş, təhsilə giriş, psixologiyaya giriş fənləri üzrə müəllim vakansiyası elan edilib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə "(istiqamət üzrə) müəllim" yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
 
Vakansiya üzrə son müraciət tarixi 19 iyul 2024-cü ildir.
 
Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://t.ly/QUt4v

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.